İkinci titul
İspaniyalı Paula Badosa İndian-Uellsdə keçirilən turnirin qalibi olub. O, finalda Viktoriya Azarenko üzərində çətin qələbə qazanıb – 7:6, 2:6, 7:6.
Bununla da Badosa həm mövsümdə, həm karyerasında ikinci titula yiyələnib. İspaniyalı ilk dəfə “WTA-1000” səviyyəli turnirin qalibi olub. Bu qələbə Paulanı dünya reytinqində 13-cü pilləyə daşıyacaq.