MOK-un lX Hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası oldu
Aquero DÇ-2022-yə yollanmağa hazırdı
Ürəyindəki problemə görə karyerasını başa vuran Serxio Aquero bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatına yollanmaq istəyir. “Mançester Siti”nin əfsanəvi hücumçusu DÇ-2022-də Argentina millisinin məşqçilər korpusunda yer almaq arzusundadır. Aquero bununla bağlı görüş keçirildiyini söyləyib:
“Qətərdə keçiriləcək dünya çempionatında olmaq istəyirəm. Məşqçilər korpusuna qoşulmağa hazıram. Baş məşqçi Lionel Skaloni, eləcə də futbol federasiyasının prezidenti Klaudio Tapia ilə söhbətimiz olub. Biz bunu sınamalıyıq. Əsas odur ki, dünya çempionatına getsəm, uşaqlarla birlikdə olacağam”.
Qeyd edək ki, seçmə mərhələnin sonuna iki tur qalsa da, aktivində 35 xal olan Argentina yığması DÇ-2022-yə vəsiqəni təmin edib.