Ağır Atletika Federasiyasına yeni prezident seçildi

Ağır Atletika Federasiyasına yeni prezident seçildi

Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verildikdən sonra AAAF-ın rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçilib.

Qeyd edək ki, buna qədər AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

İbrahimoviçə yeni müqavilə təklifi

Növbəti yazı

Aquero DÇ-2022-yə yollanmağa hazırdı