Alves “100”ə çatdı

Alves “100”ə çatdı

“Barselona”nın futbolçusu Dani Alves La Liqada 100-cü assistinə imza atıb. Braziliyalı müdafiəçi “Betis”lə qarşılaşmada (2:1) Jordi Albaya məhsuldar ötürmə verib.

39 yaşlı cənubi amerikalı bu 100 ötürməni “Barselona” və “Sevilya”nın heyətində gerçəkləşdirib. La Liqada assistlərin hesablanmağa başladığı 30 il ərzində Alves 100 və daha çox qolda ötürməylə pay sahibi olan 3-cü futbolçudur.

Rekord Lionel Messiyə məxsusdur. Sabiq “Barselona”lı 189 dəfə fərqlənib. “Barselona” və “Real”da oynamış Luiş Fiqu 107 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

21 ildən sonra titul

Növbəti yazı

10-cu final