10-cu final
Aleksandr Zverev Madriddəki “Masters”in finalına yüksəlib. Dünyanın üçüncü raketkası yarımfinalda Stefanos Tsitsipası məğlub edib.
6:4, 3:6, 6:2 hesabı ilə qalib gələn almaniyalı 7 dəfə uduzduğu yunan rəqibini 4-cü dəfə üstələyib. Zverev ATP turnirlərində 30-cu dəfə finala çıxıb. O, bunların 19-da qələbə qazanıb.
Aleksandr “Masters”də 10-cu dəfə final oynayacaq. Onun aktivində 5 titul var. Zverevin finaldakı rəqibi Karlos Alkaras olacaq.