Alveşə daha bir zərbə
Dani Alveş daha bir pis xəbərlə üzləşib. O, “Barselona”nın əfsanələri siyahısından çıxarılıb.
Bu qərarı İspaniya nəhəngi verib. Daninin klubun rəsmi saytındakı əfsanələr bölümündə yerləşən profili silinib. Bununla da uzun illər La Liqa təmsilçisinin formasını geyinən braziliyalı müdafiəçi əfsanələr sırasından çıxarılıb.
Belə addım atılmasına Alveşin seksual zorakılığa görə azadlıqdan məhrum edilməsi səbəb olub. Məhkəmənin hökmünü gözləyən “Barselona” müdafiəçi ilə bağlı qərar veriləndən sonra onu əfsanəsi kimi görmək istəməyib.