Almaniya və İspaniyanın ilk sınağı

Almaniya və İspaniyanın ilk sınağı

Qətərdə keçirilən DÇ-2022 davam edir. Bu gün mundialın daha 4 oyunu keçiriləcək.

Çempionatın dördüncü günündə E və F qruplarının matçları baş tutacaq. Bu görüşlər iddialı Avropa yığmalarının iştirakı ilə keçəcək.

E qrupunda yer alan Almaniya və İspaniya mundialda ilk sınağına çıxacaq. Bundestim Yaponiya, pireneylilər Kosta-Rika ilə görüşəcək.

F qrupunda son dünya çempionatının mükafatçıları qüvvəsini sınayacaq. Vitse-çempion Xorvatiya Mərakeşlə qarşılaşacaq. Dörd il əvvəl bürünc qazanan belçikalılar Kanada ilə üz-üzə gələcək.

DÇ-2022 Qrup mərhələsi
I tur, 23 noyabr
F qrupu
14:00. Mərakeş – Xorvatiya
“Al Bayt” stadionu
E qrupu
17:00. Almaniya – Yaponiya
“Xalifa” stadionu
E qrupu
20:00. İspaniya – Kosta-Rika
“Al Tumama” stadionu
F qrupu
23:00. Belçika – Kanada
“Ahmad Bin Ali” stadionu

ETOPAZ

Əvvəlki yazı

Fransadan əzmkar qələbə

Növbəti yazı

Ernandes mundialı bitirdi