Ernandes mundialı bitirdi

Ernandes mundialı bitirdi

Fransa millisinin futbolçusu Lukas Ernandes Qətərdə keçirilən dünya çempionatındakı çıxışını başa vurub. Buna müdafiəçisinin zədələnməsi səbəb olub.


Mundialın I turunun Avstraliya ilə ilk oyununda xəsarət alan Lukasın zədəsinin ciddi olduğu aşkarlanıb. O, qarşıdakı görüşlərdə forma geyinə bilməyəcək. Matçın əvvəlində zədələnərək əvəzlənən 26 yaşlı futbolçunun sağ dizinin ön çarpaz bağı yırtılıb.


Qeyd edək ki, Fransa bu qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Almaniya və İspaniyanın ilk sınağı

Növbəti yazı

Ronaldodan imtina etdilər