Alleqri “Yuventus”da qalır

Alleqri “Yuventus”da qalır

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis Turin təmsilçisinin sükanı arxasında qalacaq.

Komandanın çempionluq şansını itirməsi və Çempionlar Liqası ilə 1/8 finalda vidalaşmasına baxmayaraq, klub rəhbərliyi Alleqrini postunda saxlayacaq. Mayın 11-də “İnter”lə keçiriləcək İtaliya kubokunun finalı da onun taleyinə təsir etməyəcək. Alleqrinin “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Simeone Ançelottini keçdi

Növbəti yazı

“Barselona” Depayı satır