Alkaras Medvedevi dayandırdı
Daniil Medvedevin məğlubiyyətsiz seriyası qırılıb. Rusiyalı tennisçi İndian-Uellsdəki turnirin finalında uduzub.
“Masters”in həlledici görüşündə onu Karlos Alkaras dayandırıb – 3:6, 2:6. Sonuncu dəfə “Australian Open”in 3-cü mərhələsində uduzan Medvedev ardıcıl 19 qələbə qazanmışdı. O, bu müddətdə üç titul qazanıb.
Daniil karyerasında ikinci ən uğurlu seriyanı gerçəkləşdirib. O, 2020-21-ci illərdə 20 matçda qələbələri sıralayıb.