17 ilin ilki

17 ilin ilki

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya A seriyasında məhsuldarlığını davam etdirir. O, 27-ci turun “Torimo” ilə matçında fərqlənib.

Gürcü hücumçu 4:0 hesablı qələbəyə qol və assistlə töhfə verib. Xviça son 17 ildə “Böyük beşlik”də debüt mövsümündə həm qol, həm assist sayında 10-a çatan ilk futbolçudur.

Buna sonuncu dəfə “Verder”in yarımmüdafiəçisi Dieqo imza atıb. O, 2006/07 mövsümündə Bundesliqadakı debütündə 13 qol və 13 assist müəllifi olub.

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayında keçdiyi “Napoli”də bütün turnirlərdə ümumilikdə 30 oyunda 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

100-cü qələbə

Növbəti yazı

Alkaras Medvedevi dayandırdı