Afrikanın dünya çempionatı yolçuları müəyyənləşdi

Afrikanın dünya çempionatı yolçuları müəyyənləşdi

Afrika zonasından dünya çempionatına vəsiqə qazanan millilər müəyyənləşib. Seçmə mərhələnin pley-off matçlarının cavab görüşlərindən sonra Qətərə yollanan daha 5 yığmanın adına aydınlıq gəlib.

Maneli Seneqal Salahlı Misiri qəbul edib. İlk matçda 0:1 hesabı ilə məğlub olan seneqallılar oyuna fəal başlayıb. Meydan sahibləri 3-cü dəqiqədə qol vuraraq ümumi hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşma əlavə vaxta qədər uzanıb. Lakin burda da hesab dəyişməyib. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Seneqal 3:1 hesabı ilə qalib gəlib.

Nigeriya millisi ilə Qana ilə qarşılaşıb. Komandalar hərəyə bir qol vurub. Qananın meydanında keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatdığından səfər qolu ilə qanalılar dünya çempionatına vəsiqə qazanıb.

Pley-offun daha bir qarşılaşması Tunisdə baş tutub. Meydan sahibləri Malini qəbul edib. Tunis millisinin 1:0 hesabı ilə qalib gəldiyi matçın revanşında hesab açılmayıb.

Mərakeş millisi Konqo ilə görüşüb. Mərakeşlilər 4:1 hesabı ilə qalib gəlib. İlk matçda 1:1 hesabı qeydə alındığından meydan sahibləri Qətərə yollanmağa haqq qazanıb.

Pley-offun son matçı Əlcəzair – Kamerun oyunu olub. İlk matç Əlcəzair millisinin 1:0 hesablı qələbəsi ilə bitmişdi. Cavab görüşü isə Kamerunun üstünlüyü ilə keçib. Qonaqların “Bavariya”nın şərəfini qoruyan hücumçusu Çupo-Motinq qol vuraraq oyunu əlavə vaxta aparıb. 118-ci dəqiqədə Əlcəzair millisi fərqlənib. Kamerunlular isə matça artırılan son dəqiqədə qol vuraraq dünya çempionatına qatılmağı bacarıb.

Qeyd edək ki, Afrika zonasından DÇ-2022-yə 5 ölkə – Seneqal, Qana, Tunis, Mərakeş və Kamerun milliləri vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Halilhodjiçdən rekord

Növbəti yazı

Maquayr fitə basıldı