AFFA-ya yeni baş katib təyin olundu

AFFA-ya yeni baş katib təyin olundu

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

Qurumun 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

O, bu postda icraçı vitse-prezident Elxan Məmmədovu əvəz edib. Məmmədov 2007-ci ilin iyulundan bu vəzifəni icra edib.

ETOPAZ

Əvvəlki yazı

“El Klasiko” üçün xüsusi forma

Növbəti yazı

Sürpriz kupon – 18.03.2022