AFFA Maksim Medvedev-i cəzalandırdı

AFFA Maksim Medvedev-i cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunda baş verənlər müzakirə olunub.

Komitə xoşagəlməz hadisələrlə bağlı qərar verib. “Səbail” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqları 700 manat cərimələnib. Matçın 66-cı dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə alan Maksim Medvedev 1 oyun cəzalanıb və klubunu 500 manat ziyana salıb.

“Sabah” – “Turan Tovuz” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Qonaq azarkeşlərin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılanmasına qərar verilib.

ETOPAZ

Əvvəlki yazı

Şeşko Premyer Liqa yolunda

Növbəti yazı

UEFA-da ayrılıq