UEFA-da ayrılıq

UEFA-da ayrılıq

UEFA-da ayrılıq baş verəcək. Qurum prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

O, bunu Fransada keçirdiyi mətbuat konfransında açıqlayıb. Çeferinin sözlərinə görə, 2027-ci ildə səlahiyyət dövrü bitdikdən sonra namizədliyini irəli sürməyi planlaşdırmır. 56 yaşlı sloveniyalı funksioner bunu ailəsinə vaxt ayırmaq istəyi ilə əlaqələndirib: “Koronavirus pandemiyasından, Super Liqa hekayəsindən, şəxsi ambisiyaların arxasınca getdiyimlə bağlı ittihamlardan bezmişəm. Ailəm üçün darıxıram. İllərdir məni görmürlər”.

ETOPAZ

Əvvəlki yazı

AFFA Maksim Medvedev-i cəzalandırdı

Növbəti yazı

“Zirə” yarımfinalda