ABŞ – Uels matçında qollu bərabərlik
Dünya çempionatının ilk turunun oyunları davam edir. B qrupunun növbəti matçında ABŞ və Uels milliləri qarşılaşıb.
Görüşə amerikalılar üstün başlayıb. Bu fəallıq özünü hesabda da doğruldub. 36-cı dəqiqədə əfsanəvi Corc Veanın oğlu Timati Vea səhnəyə çıxıb. O, komandasının DÇ-2022-də ilk qolunu vurub. Uelsin cavabı isə matçın sonlarında gəlib. 82-ci dəqiqədə Qaret Beyl penaltini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub – 1:1.
Qeyd edək ki, qrupun digər matçında İngiltərə İranı darmadağın edib – 6:2.