İranda ciddi itki
Dünya çempionatının İngiltərə ilə matçında (2:6) İran millisinin heyətində ciddi itki baş verib. Komandanın qapıçısı Əlirza Beyranvənd zədələnib.
Görüşün 9-cu dəqiqəsində Beyranvənd müdafiəçi Məcid Hüseyni ilə təsadüfən toqquşub. Qapıçıya on dəqiqəyə yaxın kömək göstərilib. Lakin o, matçı davam etdirə bilməyib. Qolkiper oyundan sonra burnunun sınması və beyin silkələnməsi şübhəsi ilə xəstəxanaya göndərilib.
Müayinədən sonra onun durumuna aydınlıq gəlib. Məlum olub ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında komandanın qalan oyunlarını buraxacaq.