ABŞ tennisçisi dopinqə görə cəzalandı

ABŞ tennisçisi dopinqə görə cəzalandı


ABŞ tennisçisi Varvara Lepçenko yarışlardan müvəqqəti kənarlaşdırılıb. Buna səbəb idmançının antidopinq qaydalarını pozmaqda şübhəli bilinməsidir. 35 yaşlı raketka ustasının orqanizmində adrafinil və metabolit modafinil aşkarlanıb.
Özbəkistanda anadan olan tennisçi dünyanın 127-cisidir. O, karyerasında ikinci dəfə dopinq üzündən cəzalanır. Lepçenko 2016-cl ilin martında da cəza alıb.

ETOPAZ

Əvvəlki yazı

UEFA ilin ən yaxşılarına namizədləri açıqladı

Növbəti yazı

Salaha rekord təklif