A seriyasında yeni təyinat

A seriyasında yeni təyinat

İtaliyanın “Spezia” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bunu A seriyası təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Baş məşqçi postuna Leonardo Sempliçi təyin olunub. 55 yaşlı mütəxəssis istefaya göndərilən Luka Qottini əvəzləyib. Yeni çalışdırıcı ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, A seriyasında 19 xal toplayan “Spezia” 17-ci yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.02.2023

Növbəti yazı

“Real” müdafiəçi tapdı