Sürpriz kupon – 24.02.2023
“Düsseldorf” – “Braunşveyq” ÜST 2,5
6-cı yeri tutan “Düsseldorf” ilk “üçlüyə” yaxınlaşmaq istəyir.
“Braunşveyq”i isə təhlükəli zonadan cəmi 1 xal ayırır. Komanda son iki görüşdən məğlub ayrılıb. Bununla belə, “Braunşveyq” son 4 matçın hamısında fərqlənə bilib.
Bu komandalar arasında son 2 oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb. Bu dəfə də çox qol vuralacağına ümid edirəm
“Karlsrue” – “Regensburq” ALT 2,5
I dövrədə “Karlsrue” “Regensburq”u səfərdə 6:0 hesabı ilə məğlub etmişdi. Bu dəfə azarkeşlərin bol qollu oyun izləyəcəklərini düşünmürəm.
“Regensburq” yəqin ki, birinci dövrədəki məğlubiyyətdən nəticə çıxarıb. “Karlsrue” qələbə qazansa belə, darmadağın olacağına inanmıram.
“Sparta Rotterdam” – “Utrext” 2
Komandalar turnir cədvəlində qonşu olduqlarından gərgin mübarizə gözləməyinə dəfyər.
“Utrext” son 3 matçda “Sparta” üzərində qələbə qazanıb. Bu dəfə də qonaqlar səfərdən 3 xal apara bilərlər.