Günün kuponu – 27.11.2021

Günün kuponu – 27.11.2021

“Liverpul” – “Sauthempton” – 1

“Liverpul” yaxşı formadadır, amma hələ də premyer liqada “Çelsi”dən 4, “Mançester Siti”dən isə 1 xal geridədir. Növbəti xal itkisi fərqin artması ilə nəticələnə bilər. Məncə, qələbə üçün kifayət qədər motivasiya, stimul var və Yurgen Kloppun komandası bundan istifadə edəcək.

“Qreyter Fürt” – “Hoffenhaym” – 2,5 üst

“Qreyter Fürt” bütün Avropada yeni mövsümü ən bərbad keçirən komandalar sırasındadır. 12 oyunda yalnız 1 xal qazanan qapısından 33 qol buraxıb.

10-cu sırada yer alan “Hoffenhaym”ın vəziyyəti rəqibi ilə müqayisədə fərqli olsa da, 12 tura 17 qol buraxan komandanın müdafiəsinin etibarsız oyunu göz qabağındadır. Fikrimcə, iki bərbad müdafiəsi olan komandaların duelində 2,5 üst gözləmək olar.

“Venetsiya” – “İnter” – Q/Q

“Venetsiya” son 3 turda A seriyasında 7 xal qazanıb. “İnter” üçün asan səfər olmayacaq. Tərəflərin əvvəlki duelləri də Venetsiyadakı görüşlərin qarşılıqlı qollarla keçdiyindən xəbər verir. Məncə, ənənə bu dəfə də davam edəcək.

“Liverpul” – “Sauthempton” – 1 – 1,25

“Qreyter Fürt” – “Hoffenhaym” – 2,5 üst – 1,50

“Venetsiya” – “İnter” – qol/qol – 1,80

Yekun əmsal: 3,37

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Pley-offun püşkü atıldı

Növbəti yazı

Sürpriz kupon – 27.11.2021