“Qarabağ” gerilədi, “Neftçi” siyahını tərk etdi

“Qarabağ” gerilədi, “Neftçi” siyahını tərk etdi

Klubların dünya reytinqi açıqlanıb. İFFHS-in siyahısında planetin 504 ən yaxşı komandası yer alıb.

Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ” 174,75 xalla dünyada 60-cıdır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 8 pillə geriləyib.

10 addımlıq sıçrayış edən “Zirə” 95,75 xalla 201-ci yerdədir. 60,75 xala malik “Sabah” 17 pilləlik irəliləyişlə 41-cidir. Ötən cədvəldə 482-ci olan “Neftçi” siyahını tərk edib.

Qeyd edək ki, cədvələ 420 xala malik “Real” başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Yüksək Liqada 6 komanda iştirak edəcək

Növbəti yazı

Millimiz yarımfinalda məğlub oldu