“Sabah”ın Avropa kubokunda sonuncu rəqibi

“Sabah”ın Avropa kubokunda sonuncu rəqibi

“Sabah”ın FİBA Avropa kubokunda üçüncü rəqibinin adına aydınlıq gəlib. Bu, Belçikanın “Spirou” klubudur.

Təmsilçimiz bu komanda ilə oktyabrın 9-da səfərdə, 30-da evdə qarşılaşacaq. Belçika klubu təsnifat mərhələsində “Sportinq”ə (Portuqaliya) uduzsa da (69:69, 72:79), növbəti mərhələyə vəsiqə əldə edib.

Qeyd edək ki, FİBA Avropa kubokunun G qrupunda mübarizə aparacaq “Sabah”ın digər rəqibləri

Yunanıstanın “Marussi” və İsveçin “Norçepinq Dolfins” komandalarıdır.

ETOPAZ

Əvvəlki yazı

Martinesə cəza

Növbəti yazı

“Liverpul”un Van Deyk planı