“Kəpəz”dən yeni transfer

“Kəpəz”dən yeni transfer

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Komanda braziliyalı Paçu Liranı transfer edib.

Gənc klubundan verilən məlumata görə, 28 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən mövsümü “Turan Tovuz”da keçirən Lira ampluaca hücumçudur.

Qeyd edək ki, Paçu 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 23 oyunda 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan Çempionlar Liqası qərarı

Növbəti yazı

“Sevilya”da yeni müqavilə