Sürpriz kupon – 24.09.2024

Sürpriz kupon – 24.09.2024

Real Betis – Malyorka 2,5 ÜST

Bəlkə də çoxları bu görüşün bol keçəcəyini ehtimal etmir. Amma mən fərqli düşüncədəyəm. Bunun üçün hər iki komandanın hücum potensialına nəzər salmaq kifayətdir. Əmsalı nəzərə alaraq, 2,5 üst seçminə mərc etməyə dəyər.

Leççe – Sassuolo 2

İtaliya kuboku yarışlarının bu mərhələsində sürpriz nəticələr qaçılmazdır. Leççe A seriyasında çıxış etsə də, Sassuolunun heyəti də məhz elitaya layiqdir. Üstəlik, onlar B seriyasına da yaxşı başlayıblar. Sürpriz axtarışında olanlar Sassuolonun qələbəsini seçə bilər.

Ponte Preta – Amerika Mineyro X

Məncə heç bir komanda risk almayacaq. Hətta bu görüşdə qol vurmaq ehtimalının belə az olduğunu düşünürəm. Görüşün heç-heçə bitəcəyini düşünürəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.09.2024