Günün kuponu – 24.09.2024

Günün kuponu – 24.09.2024

Sevilya – Valyadolid 1

6 oyuna cəmi 1 qələbə qazanan Sevilya dönüş yaratmaq niyyətindədir. Komandanın toparlanması üçün Valyadolidlə görüşdə qələbə onlar üçün mütləqdir. Məncə təcrübəli Sevilya bunu bacaracaq.

Kalyari – Kremoneze 1

İtaliya kuboku uğrunda oyunda Kalyari matçın favoritidir. Kremoneze B seriyasının iddialılarından sayılsa da, Kalyari əziyyət çəkməməlidir. Sardinyalıların 90 dəqiqə ərzində qələbə qazanacağına inamım böyükdür.

Umbildon – Nyukasl 2,5 ÜST

Fikrimcə, bu komandaların görüşündə liqalar arasındakı səviyyə fərqi özünü göstərəcək. Nyukaslın aşağı liqa təmsilçisi ilə görüşdə asan qələbə qazanacağını ehtimal edirəm. Hətta, hesab da böyük olacaq. Odur ki, ən azı 3 qolun vurulacağına mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Qalatasaray”dan derbi mükafatı

Növbəti yazı

Sürpriz kupon – 24.09.2024