Günün kuponu – 23.09.2024

Günün kuponu – 23.09.2024

Boavişta – Benfika – 2,5 ÜST

Benfika mövsümə gözlənilən kimi başlamayıb. 2 səfər oyunun matçının birində uduzub, birində heç-heçə oynayıb. Hazırda 7-ci sırada yer alan “Benfika” əsas rəqibləri Sportinq və Porto ilə 5 xallıq fərqi azaltmaq üçün qələbəyə oynamalıdır. Boaviştanın adətən bu rəqibə ciddi müqavimət göstərdiyini nəzərə alsaq, bol qollu oyun gözləniləndir.

Atalanta – Komo – 1

Atalanta A seriyasında son 3 matçdan yalnız birində qalib gəlib, ikisində uduzub. Komo isə berqamolular üçün uyğun rəqiblərdən sayılır. Bu komandaya qarşı ev oyunlarının hamısında Atalanta qələbə qazanıb. Məncə, bu dəfə də elə olacaq.

FC Vil – FC Tun – 2,5 ÜST

Statistika hər şeyi deyir: tərəflər arasında son 18 matçdan 16-sında azı 3 qol vurulub. Digər 2 oyunda isə 2 qol. Sürpriz gözləmirəm, fikrimcə, bu görüşdə də 2,5 üst qeydə alınacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Keyndən növbəti rekord

Növbəti yazı

Sürpriz kupon – 23.09.2024