Sürpriz kupon – 09.09.2024

Sürpriz kupon – 09.09.2024

Türkiyə – İslandiya 1

Türkiyə cari Millətlər Liqasındakı ilk matçında səfərdə Uelslə qolsuz heç-heçə oynadı. Qardaş ölkənin azarkeşlərini bu nəticə qane edə bilməz. Komanda İslandiya ilə qarşılaşmada qələbə qazanmağa çalışacaq. AVRO 2024-də 1/4 finalacan irəliləyən “ay-ulduzlar”ın bu məqsədin öhdəsindən gələcəyini düşünürəm.

Kipr – Kosovo 2

İlk turda Rumıniyaya böyük hesabla uduzan Kosovo Kipr səfərində azarkeşlərinin gözündə bəraət qazanmağa çalışacaq. Komandalar ötən Millətlər Liqasında 2 dəfə qarşılaşıb və hər iki oyunu Kosovo udub – 2:0 və 5:1. Bu dəfə də meydan sahiblərinin rəqibin təzyiqi qarşısında davam gətirəcəyi inandırıcı görünmür.

Fransa – Belçika

İstənilən vaxt qol vuracaq: Kilian Mbappe

Üç gün öncə Parisdə ilk dəqiqədə vurduqları qolla önə keçdikləri matçda gözlənilmədən İtaliyaya 1:3 uduzan fransızlar bu məğlubiyyətin əvəzini Belçikadan çıxmağa çalışacaq. Meydan sahiblərinin hücumlarında önə çıxacaq ilk adam bəllidi. İtalyanlarla oyunda fərqlənə bilməyən Kilian Mbappenin qol vuracağına mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 09.09.2024

Növbəti yazı

Azərbaycan klubu Çempionlar Liqasının qalibi oldu