Günün kuponu – 09.09.2024
Sloveniya – Qazaxıstan 1
Qazaxıstan evdə Haalandlı Norveçlə heç-heçə etməklə hamını təəccübləndirdi. Amma eyni nəticıni Sloveniya səfərində göstərmək çətin olacaq. AVRO 2024-ün 1/8 finalçısı bu qarşılaşmada favorit statusunu doğrultmalıdı.
Rumıniya – Litva 1
AVRO 2024-ün daha bir 1/8 finalçısı Rumıniya ilk matçda səfərdə Kosovonu 3:0 hesabı ilə darmadağın etdi. Litva isə evdə Kiprə uduzdu. Zənnimcə, rumınlar qalib gəlmək üçün çox əziyyət çəkməyəcək.
İsrail – İtaliya 2
İtaliya Fransadakı əzmkar qələbədən sonra əla əhval ruhiyyədədi. Komandalar arasında ciddi səviyyə fərqi var. İtalyanların rahat qələbə qazanacağını proqnozlaşdırıram.