Millimizin oyununda 4 qol

Millimizin oyununda 4 qol

Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Millətlər Liqasının 2024/25 mövsümündə mübarizəyə başlayıb.

C liqasının 1-ci qrupunda yer alan yığmamız Fernandu Santuşun baş məşqçi postundakı debütündə İsveçi qəbul edib. Matç qonaqların üstünlüyü ilə keçib.

İlk yarının uzatma dəqiqələrində millimiz qol imkanı qazansa da, Ramil Şeydayev penaltidən yararlana bilməyib. Fasilədən sonra Aleksander İsak və Viktor Qyokereş cütü görüşün taleyini həll edib.

İsak iki dəfə komanda yoldaşının ötürməsini qola çevirib. Viktor isə iki assistin ardından penaltini qola çevirib.

Millimiz bu toplardan birinin əvəzini çıxa bilib. Renat Dadaşov fərqlənib.

Beləliklə, millimiz turnirə evdəki 1:3 hesablı məğlubiyyətlə başlayıb.

ETOPAZ

Əvvəlki yazı

Xuan Mata Avstraliya klubunda

Növbəti yazı

Maksim Medvedevə xatirə hədiyyəsi