Fernandu Santuş: “Komandada istək görürəm”

Fernandu Santuş: “Komandada istək görürəm”

Sabah Azərbaycan millisi növbəti matçını keçirəcək. Millətlər Liqasında rəqib İsveç yığması olacaq.

Oyundan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bu gün ikinci məşqimiz olacaq. Artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Oyunçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma istək görürəm. İsveç güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. İsveçin son dörd oyununu izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki ondan qabaq başqa məşqçi idi. İsveçin müsbət və mənfi nöqtələri var. Biz onların mənfi nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə İsveçin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, hansı boşluqları var. Futbolçularımıza izah etdik ki, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.09.2024

Növbəti yazı

Emin Mahmudov: “Qalib gəlmək istəyirik”