Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 05.09.2024
Şotlandiya – Polşa Cüt şans X2
UEFA Millətlər Liqasında yeni mövsüm başlayır. Təbii ki, hər iki komanda turnirə qələbə ilə başlamağa çalışacaq. Amma mən bu dueldə statistikaya üstünlük verirəm. Tərəflərin öz aralarındakı son 7 görüşünün 5-də qalib müəyyənləşməyib. Bu dəfə də heç-heçə ehtimalını yüksək qiymətləndirirəm. Bu olmasa belə, Polşa millisinin qələbəsini təxmin edirəm.
Azərbaycan – İsveç 2,5 ALT
Milli komandamız indiyədək İsveç yığması ilə 4 dəfə rəsmi oyunlarda üz-üzə gəlib. Heç bir oyunda da qarşılıqlı qollar olmayıb. İsveç Bakıya son səfərində 0:3 hesablı ağır və sensasion məğlubiyyət almışdı. Yəqin ki, revanş üçün oynayacaqlar. Bizim milli isə yeni baş məşqçi Fernando Santuşun başçılığı altında ilk rəsmi oyunda azı uduzmamağa çalışacaq. Məncə, Santuşun ehtiyatlı oyun taktikası matçda bol qol görməyimizə imkan verməyəcək.
Səudiyyə Ərəbistanı – İndoneziya 1-ci Hissə – Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı 2 il sonrakı dünya çempionatına yollanmağa əsas namizədlərdən biridir. İndoneziya millisi son illər müəyyən tərəqqiyə nail olsa da, Ərəbistan səfərində onların məğlub olacağını düşünürəm. Fikrimcə, ərəblər ilk hissədə qələbənin əsasını qoyacaq.