Noyerdən milliyə vida

Noyerdən milliyə vida

Manuel Noyer Almaniya yığmasındakı karyerasını başa vurub. Bunu qolkiperin özü açıqlayıb.

O, bu barədə sosial şəbəkədə paylaşım edib. 38 yaşlı qapıçının DÇ-2026-ya kimi millidə çıxış edəcəyi gözlənilirdi. Amma onun sentyabrda start götürəcək Millətlər Liqasına dəvət almayacağı məlum olub. Bundan sonra Noyer milli ilə vidalaşmaq qərarını verib.

Qeyd edək ki, Manuel yığmada 124 oyun keçirib. O, DÇ-2014-ün qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Millilərimizin heyətləri bəlli oldu

Növbəti yazı

Joao Feliks “Çelsi”də