Sürpriz kupon – 21.08.2024

Sürpriz kupon – 21.08.2024

Malmö – Sparta Praqa 2

“Malmö”nün pley-offa vəsiqə qazanması böyük sürpriz hesab oluna bilər. “Sparta” rəqibi ilə müqayisədə avrokuboklarda daha təcrübəli rəqibdir. Məncə bu təcrübə Çexiya çempionunun işinə yarayacaq. “Sparta”nın ilk oyunda qələbə qazanacağına inanıram.

Midyullend – Slovan Bratislava Cüt şans X2

Günün kuponunda bu oyun haqqında qeydlərimdə “Slovan”ın süpriz etmək gücündə olduğunu vurğulamışdım. Bir daha qeyd edim ki, Slovakiya çempionu asan rəqib deyil. Məncə sürpriz axtarışında olanlar “Slovan”ın uduzmayacağına mərc edə bilərlər.

Palmeyras – Botafoqo Cüt şans X2

Bir çoxları “Palmeyras”ı favorit görür. Amma “Botafoqo” bunun əskini sübut etmək niyyətindədir. Düzdü, onları çətin səfər gözləyir. Amma “Botafoqo” “Palmeyras” üçün arzuolunmaz rəqiblərdəndir. Fikrimcə 90 dəqiqə ərzində qonaqlar məğlub olmayacaqlar. Risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 21.08.2024

Növbəti yazı

5-ci turun oyun cədvəli açıqlandı