Sürpriz kupon – 19.08.2024

Sürpriz kupon – 19.08.2024

Hatayspor – Kasımpaşa – QOL/QOL

Hər iki komanda yeni mövsümə məğlubiyyətlə başlayıb. 2-ci turda ilk xal və ya xallarını qazanmağa çalışacaqlar. Bu matçda aşkar favorit olmadığından məncə, hər iki komandadan qol gözləmək olar.

Leççe – Atalanta – 2,5 ALT

Atalanta Real Madridlə UEFA Superkuboku uğrunda ağır matçdan sonra A seriyasında ilk oyuna çıxır. Berqamo klubu Leççe qarşısında favorit sayılsa da, fikrimcə, heç də asan səfər olmayacaq. Oyun 2 variantını riskli sayıram, qarşılaşmada çox qol gözləmirəm.

Real Valladolid – Espanyol – cüt şans x2

Hər iki komanda bu yay sequndadan La Liqaya yüksəlib. Açılış matçında da bir-birlərinə rəqib olublar. Espanyol aralarındakı son 3 matçda bu rəqibə uduzmayıb. Zənnimcə, bu görüşdə də belə olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 19.08.2024

Növbəti yazı

Neres “Napoli” yolunda