Günün kuponu – 19.08.2024
Lester – Tottenhem – 2,5 ÜST
Yenidən premyer liqaya qayıdan “Lester” mövsümün açılış matçında iddialı “Tottenhem”i qəbul edir. Doğma azarkeşlər önündə ilk turda uduzmamaq üçün “Lester”in sonadək mübarizə aparacağını, qol vuracağını gözləyirəm. “Tottenhem”i də tanıtmağa ehtiyac yoxdur. Tərəflərin öz aralarındakı son 12 matçdan 10-da qapılara azı 3 qol vurulub. Seriyanın davamını gözləyirəm.
Villareal – Atletiko Madrid – QOL/QOL
Mövsümün ilk oyununda hər iki komanda uduzmamağa çalışacaq. Bu rəqiblərin duelləri adətən bol qollu keçir. Aralarındakı son 6 görüşdən 5-də 2,5 üst qeydə alınıb. Bu matçda da qarşılıqlı qollar vurulacağını təxmin edirəm.
Yuventus – Komo – 1
Yuventus A seriyasının ilk turunda bir neçə ildən sonra elitaya qayıdan Komonu məğlub etməyə çalışacaq. Məncə, “Qoca Sinyora” bunu bacaracaq.