“Milan”dan Menyan və Ernandes açıqlaması

“Milan”dan Menyan və Ernandes açıqlaması

“Milan”ın qapıçısı Mik Menyan və müdafiəçisi Teo Ernandesin durumuna aydınlıq gəlib. Bu barədə klubun baş direktoru Corcio Furlani açıqlama verib.

O, əsas strategiyalarının komandanı qorumaq olduğunu bildirib. Klub rəsmisi futbolçuları satmaq niyyətində olmadıqlarını söyləyib:

“Məqsədimiz hər il İtaliya çempionu olmaq və Çempionlar Liqasında rəqabətədavamlı komanda formalaşdırmaqdır. Ötən mövsüm “Milan” 17 ildən sonra ilk dəfə sezonu qazancla başa vurub. Bu o deməkdir ki, pul çatışmazlığı səbəbindən futbolçu satmaq məcburiyyətində deyilik. Heç kimi satmaq lazım deyil. Mən sizə bir azarkeş kimi deyirəm ki, Menyan və Ernandes barədə narahat olmağa ehtiyac yoxdur”.

ETOPAZ

Əvvəlki yazı

Messisiz “İnter Mayami”dən qələbə

Növbəti yazı

Dovbik “Roma” yolunda