Dovbik “Roma” yolunda
Artem Dovbik “Jirona”nı tərk etməyə yaxındır. Ukraynalı karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Bu barədə tanınmış insayder Fabrizio Romano paylaşım edib. O, bildirib ki, forvard “Roma”nın transfer təklifini qəbul edib.
“Canavarlar” artıq futbolçunun agenti ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 27 yaşlı ukraynalı ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanacaq.