Sürpriz kupon – 14.07.2024

Sürpriz kupon – 14.07.2024

İspaniya – İngiltərə 2

Futbol üzrə Avropa çempionatının final matçına dəqiq proqnoz verməyə çalışacam. Final matçı digərlərindən fərqlidir. Çempion olmaq üçün müəyyən qədər bəxt də lazımdır. İspanların favorit sayıldığı dueldə ingilislərin qələbəsini seçirəm. Risksiz mərc olmadığı kimi risk edərək yüksək əmsallı komandanın qələbəsinə pul qoymağı təklif edirəm.

Argentina – Kolumbiya 1

Kopa Amerikada final 60-dan çox telekanalda canlı yayımlanacaq. Son oyuna maraq olduqca böyükdür. Messi və onun dostlarının finalda minimal hesabla qalib gələcəyini düşünürəm. Çünki bu komanda finalda məhz nəticəyə oynamağı bacarır.

Ekenas – İnter Turku 2.5 ÜST

Etopaz Finlandiya çempionatının növbəti turuna mərc gəlməyi təklif edir. 15 turda 18 xal toplayan qonaqların vəziyyəti yaxşı deyil. Bu tur onlar səfərdə autsayderlərdən sayılan “Ekenas”ı üstələyə bilər. “İnter”ə qələbə daha çox lazım olduğundan oyunda qol sayının çox olacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 14.07.2024

Növbəti yazı

“İnter”də ilk iranlı