Günün kuponu – 14.07.2024
İspaniya – İngiltərə QOL/QOL
Futbol üzrə Avropa çempionatının final matçı. İspaniya qitə çempionatının ən inamlı oyun nümayiş etdirən komandasıdır. Final ərəfəsində SKY Sports-un sorğusunda da əksəriyyət ispanlara üstünlük verib. Amma futbolun yaradıcılarını siyahıdan silmək olmaz. 90 dəqiqə ərzində tərəflərin meydanı qolsuz tərk edəcəyinə inanmıram. Ona görə qol-qol üzərində dayanıram.
Argentina – Kolumbiya 2.5 ALT
ABŞ-da keçirilən Kopa Amerikada yeni qalib məlum olacaq. Favorit Messi və onun komandasıdır. Finalda son 5 ildə məğlub olmadığı rəqiblə qarşılaşan Argentina güclü olduğunu oyunda da nümayiş etdirməlidir. Argentina adətən həlledici oyunları minimal hesablı qələbəylə başa vurur. Finalda məhsuldar nəticə gözləmirəm.
Lahti – Oulu QOL/QOL
Finlandiya çempionatında 14 turdan sonra hər iki komanda autsayderlər qrupunda qərarlaşıb. “Oulu” son pillədə olan rəqibi 3 xal qabaqlayır. Hər iki tərəfə qələbə çox lazım olduğundan məhsuldar nəticə qeydə alınacağını düşünürəm. Qeyd edim ki, meydan sahiblərində iki əsas futbolçu matçda iştirak etməyəcək.