Musadan iki qol

Musadan iki qol

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında növbəti oyununu keçirib. Onun şərəfini qoruduğu “Yurqorden” bu gün “Deqefors”u qəbul edib.

İsveç çempionatının 21-ci turunun matçında “Yurqorden” 4:1 hesablı qələbə qazanıb. Meydana start heyətində çıxan Musa 2 qol və 1 assistlə yadda qalıb. Dubl müəllifi olan hücumçumuz ikinci hissədə penaltini də qaçırıb. O, 89-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 37 xala malik “Yurqorden” 4-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən ilk qələbə

Növbəti yazı

“Qarabağ”dan xal itkisi