“Kəpəz” “300”ə çatdı

“Kəpəz” “300”ə çatdı

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib. Bu, Azərbaycan Premyer Liqasının 3-cü turuna təsadüf edib. Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub.

1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.

Qeyd edək ki, yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” 100-cü qolunu vurdu

Növbəti yazı

Günün kuponu – 22.08.2023