“Turan Tovuz”dan səfər qələbəsi

“Turan Tovuz”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 32-ci tur davam edir. Günün ikinci oyunu Bakıda baş tutub.

“Zirə” turnir cədvəlindəki qonşusu “Turan Tovuz”la görüşüb. Qarşılaşma Şəhriyar Əliyev erkən qolu ilə başlayıb.

Qərblilər ikinci hissənin əvvəlində daha iki qol vurub. Öncə Natan Oduva, ardınca Roderik Miller fərqlənib.

Paytaxt təmsilçisi bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Loris Broqno 87-ci dəqiqədə fərqlənib. Bu, “Turan Tovuz”un səfərdən üç xalla dönməsinə mane olmayıb – 3:1.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

1Qarabağ31246177-2078
2Sabah32235468-2374
3Neftçi31187656-2861
4Qəbələ321391045-4148
5Zirə311191137-4242
6Turan Tovuz31781624-4229
7Kəpəz326111531-5429
8Sumqayıt32771823-5928
9Şamaxı324111725-4723
10Səbail32572026-5622

Bombardirlər:

Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Ramil Şeydayev (“Qarabağ”) – 18 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Aleksey Kaşuk (“Sabah”) – 15 qol
Emin Mahmudov (“Neftçi”) – 15 qol

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.05.2023

Növbəti yazı

Üçüncü dəfə A seriyasında