Neymar Premyer Liqanın bir addımlığında
PSJ-nin futbolçusu Neymarın karyerasını İngiltərədə davam etdirə bilər. Fransa klubu braziliyalı hücumçu ilə vidalaşmağa hazırlaşır.
Cənubi amerikalı ulduz İngiltərənin iki komandasından təklif alıb. Bu klublardan biri “Çelsi” olsa da, digərinin adı açıqlanmır.
PSJ-nin futbolçusu zədə üzündən mövsümü bitirib.