Xavinin Qarsiya planı

Xavinin Qarsiya planı

“Barselona” futbolçusu Erik Qarsiya ilə bağlı qərarını verib. Müdafiəçi ilə müqavilə uzadılacaq.

Bu barədə qərar klub rəhbərliyi və baş məşqçi Xavinin qatıldığı toplantıda verilib. Mütəxəssis Erikdən təkcə müdafiəçi deyil, dayaq yarımmüdafiəçisi kimi də yararlanmağı planlaşdırır. Məşqlərdə futbolçunu bu mövqedə sınayan Xavi ondan razı qalıb.

Qeyd edək ki, Qarsiya 2021-ci ilin yayında “Mançester Siti”dən qayıdıb. O, cari mövsümün 24 matçında 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Nadal Barselonada oynamayacaq

Növbəti yazı

Lebrondan yeni rekord