Lebrondan yeni rekord
Pley-offa vəsiqə qazanan “Leykers” birinci mərhələdə “Memfis”lə qarşılaşacaq. “Qrizlis” Los-Anceles klubunun lideri Lebron Ceyms üçün play-offdakı 23-cü rəqib olacaq.
Bununla da hücumçu yeni rekorda imza atıb. O, karyerası ərzində 22 müxtəlif rəqiblə pley-off matçına çıxan Derek Fişeri arxada qoyub.
“Qrizlis” və “Leykers” arasında seriya aprelin 16-da start götürəcək. İlk iki matç Memfisdə təşkil olunacaq.