Qurban Qurbanov: “Geriyə yolumuz yoxdur”

Qurban Qurbanov: “Geriyə yolumuz yoxdur”

Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Təmsilçimiz “Qarabağ” “Gent” səddini aşa bilməyib – 0:1, pen. 3:5.

Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Əlbəttə ki, çox üzgünük. Daha çox futbolçularım üzüldülər. Bu oyunda qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Bura xeyli sayda azarkeşimiz bizə güvənərək gəlmişdi. Əfsuslar olsun ki, penaltilər seriyasında uduzduq. Amma geriyə yolumuz yoxdur, irəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, komandanın idman formasını daha da yaxşılaşdırmağa çalışdıracağıq”.

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında pley-offa yekun vuruldu

Növbəti yazı

Avropa Liqasında püşkü gözləyənlər