Qurban Qurbanov: “Oyunun mahiyyətini bilirik”

Qurban Qurbanov: “Oyunun mahiyyətini bilirik”

Sabah Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. “Qarabağ” “Frayburq”la qarşılaşacaq.

Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Mütəxəssis görüş barədə fikirlərini bölüşüb:

“Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Oyunun mahiyyətini bilirik. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”.

ETOPAZ

Əvvəlki yazı

Bəhlul Mustafazadə: “Matçın ciddiyətinin fərqindəyik”

Növbəti yazı

Kerri “10”a çatdı