Kerri “10”a çatdı
“Mayami” ilə səfər matçı “Qolden Steyt”in oyunçusu Stiven Kerri üçün yubileylə əlamətdar olub. O, “Hit”lə görüşdə 23 xal, 13 ribaund və 13 məhsuldar ötürmə ilə karyerasında 10-cu tripl-dablına imza atıb.
Lakin bu, qələbə üçün kifayət etməyib. Son çempion mövsümdə ardıcıl üçüncü məğlubiyyətini alıb – 109:116.