Sürpriz kupon – 20.10.2022

Sürpriz kupon – 20.10.2022

“Arsenal” – PSV Eyndhoven ALT2.5
Avroliqada qrup liderliyini müəyyənləşdirəcək oyun maraqla gözlənilir. Topçular qələbə qazanmaqla böyük ölçüdə birinci pilləni təmin edəcək. Niderland təmsilçisi isə səfərdə 3 xal qazanacağı halda ilk pilləyə yüksələcək. Bu matçda meydan sahiblərinin minimal hesabla qələbə qazanacağını düşünürəm.

“Fulhem” – “Aston Villa” QOL/QOL
Son iki ildə baş tutan oyunlarda “Aston Villa” “Fulhem”i üstələyib. Premyer liqada son tur hər iki komanda üçün yaxşı bitməyib. Meydan sahibləri evdə xal itirdi, “Aston Villa” isə “Çelsi”yə uduzdu. Bu görüşdə aşkar favorit görmürəm.

“Lester” – “Lids” QOL/QOL
Premyer Liqanın autsayderi “Lester” son pillədən xilas ola bilmir. 17 gün əvvəl cari mövsüm ilk qələbəsini qazanan “Lester” sonrakı matçlarda yenidən xal paylamağa davam etdi. Qonaqlarda da vəziyyət ürəkaçan deyil. ”Lids” son qələbən avqustda qazanıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 20.10.2022

Növbəti yazı

Marreydən imtina